Dünya

Zelenski: "Ukraynanın bərpası üçün ən azı 600 milyard dollar lazımdır"

4 May 2022 07:19
0 Şərh     Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Vladimir Vladimir Zelenski hesab edir ki, həm Rusiya, həm də Avropa ölkələri hərbi əməliyyatlar başa çatdıqdan sonra ölkənin bərpasında iştirak etməlidir.

Milli.Az APA-ya istinadən bildirir ki, o, bu fikri "The Wall Street Journal"-ın təşkil etdiyi icraçı direktorların görüşündə videoformatda çıxışı zamanı səsləndirib.

"Ukraynanın bərpası və bunu kimin etməli olması barədə danışarkən, mən hesab edirəm ki, Rusiyanın da adın çəkmək lazımdır", - deyə Zelenski bioldirib.

O qeyd edib ki, Ukrayna "bütün Avropa üçün mübarizə aparır".

Bu mənada mən əminəm ki, bütün Avropa bunu anlamalı və ölkəmizi, sənayemizi bərpa etməyə kömək etməli və təbii ki, bazarımıza gəlməlidir", - deyə Zelenski davam edib. Eyni zamanda, Ukrayna lideri "Rusiya Ukraynaya təzminat ödəməlidir" fikrini əsaslandırıb. "Biz bunu aydın başa düşürük" deyən o, Kiyevin "Qərb ölkələrindən müvafiq siqnallar aldığını" vurğulayıb.

Zelenski daha əvvəl demişdi ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra ölkəsinin yüz milyardlarla dollar maliyyə dəstəyinə ehtiyacı olacaq, Ukraynanın baş naziri Denis Şmıqal isə potensial dəstəyi 600 milyard dollar dəyərində qiymətləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.