Dünya

"Ukraynaya silah verən dövlət başçılarını məsuliyyətə cəlb etmək lazımdır"

2 May 2022 16:02
2 Şərh     Baxış: 1 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Ukraynaya silah verən bütün dövlət başçıları özlərini ləkələyib və hərbi cinayətkarlar kimi cavab verməlidirlər.

Milli.Az TASS-a istinadən bildirir ki, "Almaniya başda olmaqla bir sıra Avropa dövlətlərinin rəhbərləri öz xalqlarını böyük problemlərə sürükləyə bilərlər. Ukraynaya silah verməklə onlar münaqişənin tərəfinə çevrilirlər. Silah tədarük etmək qərarına gələn bütün dövlət başçıları özlərini ləkələyib və hərbi cinayətkarlar kimi cavab verməlidir", - Volodin bazar ertəsi Telegram kanalında yazıb.

Dövlət Duması spikerinin fikrincə, dövlət başçıları Ukraynaya silah verməklə "dünyanı fəlakətə sürükləyirlər".

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.