Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Ukraynaya silah verən bütün dövlət başçıları özlərini ləkələyib və hərbi cinayətkarlar kimi cavab verməlidirlər.
Milli.Az TASS-a istinadən bildirir ki, "Almaniya başda olmaqla bir sıra Avropa dövlətlərinin rəhbərləri öz xalqlarını böyük problemlərə sürükləyə bilərlər. Ukraynaya silah verməklə onlar münaqişənin tərəfinə çevrilirlər. Silah tədarük etmək qərarına gələn bütün dövlət başçıları özlərini ləkələyib və hərbi cinayətkarlar kimi cavab verməlidir", - Volodin bazar ertəsi Telegram kanalında yazıb.
Dövlət Duması spikerinin fikrincə, dövlət başçıları Ukraynaya silah verməklə "dünyanı fəlakətə sürükləyirlər".
Aslan Məmmədov
Milli.Az