Dünya

Rusiya bu ölkəyə hücum qərarı verdi - Kəşfiyyat

2 May 2022 10:35
0 Şərh     Baxış: 4 036
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Moldovaya hücum qərarı qəbul edib. Kreml artıq hücum üçün dəqiq plan hazırlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatındakı mənbəyə istinadla "Tayms" nəşri yazıb.

"Əgər bu baş verərsə, Kreml Donbas ssenarisini təkrarlayacaq", - nəşr qeyd edib.

Mənbə bildirib ki, biz Kremlin Moldovaya hücum qərarı verdiyini hesab edirik:

"Moldovanın taleyi çox önəmlidir. Əgər Rusiya o əraziləri nəzarətə götürsə, Ukrayna yüngül hədəfə çevriləcək.

Əgər Rusiya Dnestryanının müstəqilliyini tanısa, bu artıq Moldovanın ərazi bütövlüyünü pozmaq və birbaşa təhdid olacaq. Donbass ssenarisinin təkrarıdır. Sonra onlar böyük silah göndərəcək, daha sonra ərazini Rusiyaya birləşdirməyə çalışacaqlar".

O bildirib ki, Moldovanın işğalı Ukraynanın qərb tərəfdən də işğalına yol açacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.