Dünya

Rusiya Ukraynadakı hərbi əməliyyatı 9 mayda bitirməyəcək

2 May 2022 08:04
0 Şərh     Baxış: 1 001
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva Ukraynada xüsusi hərbi əməliyyatın başa çatması üçün müddəti mayın 9-na qədər süni şəkildə uyğunlaşdırmayacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İtaliyanın "Mediaset" televiziya şirkətinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Hərbçilərimiz süni şəkildə öz hərəkətlərini heç bir tarixə, o cümlədən Qələbə Gününə uyğunlaşdırmayacaqlar. Biz həmişə olduğu kimi 9 Mayı da təntənəli şəkildə qeyd edəcəyik",- deyə Lavrov bildirib.

Onun sözlərinə görə, Ukraynada xüsusi hərbi əməliyyat ilk növbədə mülki əhali və Rusiya hərbçiləri üçün hər hansı risklərin minimuma endirilməsi zərurətindən asılı olaraq dəyişir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.