Dünya

Britaniya kəşfiyyatı: Rusiya Ukraynada hələ də ciddi problemlərlə üzləşir

30 Aprel 2022 12:42
0 Şərh     Baxış: 1 001
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya döyüş gücünü coğrafi baxımdan cəmləşdirərək, təchizat xətlərini qısaldaraq və komanda-nəzarəti sadələşdirərək əvvəllər işğalı məhdudlaşdıran problemləri aradan qaldırmağa ümid edir.

Milli.Az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, Rusiya Ukraynada hələ də ciddi problemlərlə üzləşir: "O, (Rusiya) Ukraynanın şimal-şərqindəki uğursuz hücumlardan tükənmiş və dağılmış bölmələri birləşdirib, yenidən yerləşdirməyə məcbur olub. Bu bölmələrin bir çoxu ehtimal ki, mənəvi zəiflikdən əziyyət çəkir".

Vurğulanıb ki, Rusiyanın taktiki koordinasiyasındakı çatışmazlıqlar qalmaqdadır: "Bölmələr səviyyəsində bacarıqların çatışmazlığı və qeyri-ardıcıl aviasiya dəstəyi lokal inkişaflara baxmayaraq, Rusiyanın döyüş potensialından tam istifadə etməsinə imkan vermir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.