Dünya

Almaniya Ukraynaya tanklar verəcək

27 Aprel 2022 16:24
1 Şərh     Baxış: 837
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Almaniya federal hökuməti Ukraynaya tankların tədarükünə icazə verməyi planlaşdırır. "Süddeutsche Zeitung" Almaniya hökumətinin zirehli döyüş maşınları tədarük etməyə hazır olması barədə məlumat verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, söhbət Bundesverin artıq hesabdan sildiyi "Cheetah" tipli 50-yə yaxın özüyeriyən zenit qurğusundan (ÖZQ) gedir. Tədarük presesləri ilə artıq bunun üçün müvafiq icazə almış silah istehsalı şirkəti "Krauss-Maffei Wegmann" məşğul olacaq. Almaniyanın müdafiə naziri Kristina Lambrextin "Ramştayn" hərbi bazasına səfəri zamanı tədarüklər barədə açıqlama verməsi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.