İraqda ABŞ əsgərlərinin yerləşdiyi Taci hərbi bazasına minaatanlarla hücum edilib.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bazanın yerləşdiyi əraziyə 2 minaatan mərmisinin düşdüyü bildirilib.
Hücumun Bağdadın Rəşidiyyə bölgəsindən həyata keçirildiyi qeyd olunub.
Hücum nəticəsində ölənlərin olub-olmadığı hələlik məlum deyil.
Milli.Az