ABŞ-ın İraqdakı hərbi bazasına hücum edildi

26 Aprel 2022 08:28

İraqda ABŞ əsgərlərinin yerləşdiyi Taci hərbi bazasına minaatanlarla hücum edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bazanın yerləşdiyi əraziyə 2 minaatan mərmisinin düşdüyü bildirilib.

Hücumun Bağdadın Rəşidiyyə bölgəsindən həyata keçirildiyi qeyd olunub.

Hücum nəticəsində ölənlərin olub-olmadığı hələlik məlum deyil.

Milli.Az