Dünya

Ayağı vaqonun qapısı arasında qalan qadın platformada süründü - VİDEO

22 Aprel 2022 17:12
0 Şərh     Baxış: 1 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ayağı vaqonun qapısı arasında sıxılan qadın platformada sürünüb.

Hadisə Rusiya paytaxtının Yaroslavl dəmir yolu vağzalında qadın qatardan düşmək istəyərkən baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müşahidə kamerası tərəfindən qeydə alınan görüntülərdən aydın olur ki, sərnişinin ayağı qapı arasında sıxılıb qalır, başqa sərnişinlər ona kömək etməyə çalışsalar da, maşinist, çox güman ki, sonuncu vaqonda nə baş verdiyini görmədən qatarı işə salır.

Qadın perronda bir müddət sürükləndikdən sonra sərnişinlərin köməyi ilə nəhayət ayağını qapıdan çıxara bilib.

O, xəstəxanaya yerləşdirilib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.