Dünya

“Rusiya Luqanskın 80%-ni ələ keçirib” - Hərbi Administrasiyanın başçısı

20 Aprel 2022 21:56
0 Şərh     Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Luqansk Regional Hərbi Administrasiyasının başçısı Sergey Qayday bildirib ki, bölgə ərazisinin 80 %-i Rusiyanın nəzarəti altındadır.

"Rusiya, sözsüz ki, bununla da dayanmayacaq və irəliləməyə davam edəcək. Rusiya qoşunları ciddi şəkildə dağınıq vəziyyətdədir", - S.Qayday vurğulayıb.

Milli.Az "report"-a istinadən bildirir ki, onun sözlərinə görə, Luqansk vilayətinin bütün ərazisi atəşə tutulur:

"Təhlükəsiz şəhər yoxdur. Biz başa düşürük ki, Rusiya irəliləyir və yolunda olan hər şeyi məhv etməyə hazırlaşır. Ona görə də mümkün qədər hamını təxliyə etməyə çalışırıq".

S.Qayday döyüşlərin şiddətləndiyi bir vaxtda dinc sakinləri Ukraynanın şərqini tərk etməyə çağırıb. O əlavə edib ki, bölgədə müharibədən əvvəl yaşamış 350 min nəfərdən bu gün 70 minə yaxını qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.