Dünya

"Mariupol uğrunda sonadək mübarizə aparacağıq"

18 Aprel 2022 08:00
0 Şərh     Baxış: 875
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynalı müdafiəçilər Mariupol uğrunda sona qədər mübarizə aparacaqlar.

Milli.Az "report"-a istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal ABC telekanalına müsahibəsində bildirib.

Eyni zamanda o qeyd edib ki, Mariupolda humanitar fəlakət hökm sürür.

"Rusiya hərbçiləri dinc əhalinin su və yeməklə təmin olunmasına mane olur, onların istilik və elektrik enerjisi yoxdur. Ukrayna öz tərəfdaşlarından bu humanitar fəlakətin dayandırılmasına yardım etmələrini xahiş edir", - Baş nazir qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.