Dünya

Rusiyada SSRİ ilə nasist Almaniyasını eyniləşdirənlər həbs olunacaqlar

16 Aprel 2022 15:03
1 Şərh     Baxış: 1 775
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya müharibəsində SSRİ ilə nasist Almaniyasını ictimai şəkildə eyniləşdirməyə görə cəriməni nəzərdə tutan qanunu imzalayıb.

Milli.Az xəbər verir ki, Rusiya Prezidentinin imzaladığı sənəd rəsmi hüquq informasiya portalında dərc olunub.

Qanuna görə, ictimai şəkildə İkinci Dünya müharibəsində SSRİ və nasist Almaniyasının rolunu bənzədən, Sovet İttifaqının faşizm üzərində qələbədə rolunu inkar edən fiziki şəxslər 5 min rubla qədər cərimə və ya 15 günə qədər həbs, hüquqi şəxslər isə 100 min rubla qədər cərimələnəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.