Dünya

İsveçrədə dünyanın ən hündür taxta binası tikiləcək

16 Aprel 2022 16:30
0 Şərh     Baxış: 692
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Schmidt Hammer Lassen" şirkətinin danimarkalı memarları İsveçrənin Vintertur şəhərində inşa olunacaq yaşayış binasının layihəsini nümayiş etdiriblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu, dünyanın ən hündür taxta konstruksiyalı binası olacaq.

"Rocket&Tigerli" adlanan kompleksin avtomobilqayırma zavodunun yerləşdiyi keçmiş sənaye meydançasında tikilməsi planlaşdırılır. O, 100 metr hündürlüyə çatacaq müxtəlif hündürlükdə dörd komponentdən hazırlanacaq.

Tikinti işlərinin 2026-cı ildə başa çatdırılması planlaşdırılır. Kompleksdə mənzillər, tələbə yataqxanaları, restoran və ticarət obyektləri yerləşəcək. Binaların fasadı terakota kərpic və plitələrlə üzlənəcək.

Binaların dizaynı ətrafdakı tikililərə uyğun olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.