Dünya

“Ukraynanın yüzdən çox helikopteri məhv edilib”

15 Aprel 2022 22:15
0 Şərh     Baxış: 1 045
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xüsusi əməliyyat zamanı Ukrayna ordusunun yüzdən çox helikopteri artıq məhv edilib".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib ki, Ukrayna ordusunun 100-dən çox helikopteri Rusiyanın xüsusi hərbi əməliyyatı zamanı məhv edilib.

"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 132 təyyarə, 105 helikopter, 245 zenit-raket kompleksi, 457 pilotsuz uçuş aparatı, 2224 tank və digər zirehli döyüş maşını, 251 reaktiv yaylım atəşi sistemi, 971 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2123 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib", - o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.