Dünya

Argentinalı futbolçu avtomobilini keçmiş həyat yoldaşının üzərinə sürdü - VİDEO

15 Aprel 2022 17:18
0 Şərh     Baxış: 1 098
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Argentinanın "Boka Xuniors" klubunun yarımmüdafiəçisi Eduardo Salvio polis tərəfindən axtarışa verilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, futbolçu hüquq mühafizə orqanları tərəfindən keçmiş həyat yoldaşını avtomobillə vuraraq hadisə yerindən qaçmaqda ittiham olunur.

Belə ki, E. Salvionun keçmiş həyat yoldaşı futbolçunu maşında başqa qadınla olduğunu görüb və keçmiş əri ilə danışmaq üçün pəncərəni döyüb, amma futbolçu şüşəni açmaqdan imtina edib.

Bunu görən qadın avtomobilin qarşısına keçib. Öz növbəsində Eduardo Salvio da avtomobilini işə salaraq maşını qadının üzərinə sürüb.

Nəticədə qadın müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.