Dünya

Bu da Fransa: Le Penə etiraz edəni sürüdülər - VİDEO

14 Aprel 2022 19:30
0 Şərh     Baxış: 2 682
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən prezidentliyə namizəd, ultra-sağçı Marin Le Penin keçirdiyi mətbuat konfransında onun köməkçiləri yalnız plakat qaldırmaqla etiraz edən xanımı sürüyərək salondan çıxarıblar.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Fransa mətbuatı hadisənin görüntülərini paylaşıb.

Qeyd edək ki, Le Pen prezident seçiləcəyi təqdirdə Fransanın NATO-nun hərbi qanadından çəkiləcəyini, ölkəsinin Rusiya ilə yaxınlaşacağını qeyd edib. Le Pen prezident seçkilərinin 10 apreldə keçirilən birinci turunda topladığı 23,3% səslə Makrondan sonra ikinci yerdədir. Seçkinin ikinci turu 24 apreldə keçiriləcək.

Xanım etirazçı yalnız Putinlə Le Penin ürək formasında olan birgə şəklini qaldırmaqla, fransız siyasətçinin rus diktatora sevgisinə qarşı çıxıb. Onun hansısa etiraz səsləndirməməsinə, təhqir və nalayiq hərəkətlərə yol verməməsinə baxmayaraq, mühafizəçilər xanımı yerə yıxıb, salondan sürüməklə çölə çıxarıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.