İnnabın faydası və zərərləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnnab (Ziziphus jujuba) 3.000 ildən çoxdur ki, insanlar tərəfindən istehlak edilir və ənənəvi tibbdə geniş istifadə olunur. Lif və antioksidant baxımından zəngin, aşağı kalorili olan bu meyvə, bəzən "qırmızı xurma" adlandırılsa da, həmişə qırmızı rəngdə olmur. Təzə vaxtı yaşıl-qəhvəyi tonlarda olan innab, yetişdikcə tünd qəhvəyi rəng alır və yüngül şirin, alma-xurma aromalıdır.
Milli.Az innabın tərkibi və qida dəyərini təqdim edir:
Kalori: 79 kcal
Zülal: 1,2 q
Kalsium: 21 mg
Maqnezium: 10 mg
Fosfor: 23 mg
Kalium: 250 mg
C vitamini: 69 mg
A vitamini: 40 IU
İnnab bir çox sağlamlıq problemlərində istifadə olunur:
- Yuxusuzluq, stress və narahatlıq
- Qarın ağrısı, qaz sancısı, qəbizlik kimi həzm problemləri
- Halsızlıq və yorğunluq
- Qrip, soyuqdəymə və viral infeksiyalar
- Dəri qıcıqlanmaları və infeksiyalar
- Yüksək qan təzyiqi və qan dövranı problemləri
- Yüksək qan şəkəri
İnnab meyvəsi həm təzə, həm də qurudulmuş şəkildə yeyilə bilər. Bundan əlavə, çay, şərbət və şirniyyatlara əlavə edilərək də istifadə olunur.
İnnabın faydaları:
- Yuxusuzluq və stressi azaltmağa kömək edir.
- Pankreas hüceyrələrini stimullaşdıraraq insulin istehsalını artırır.
- Dəri infeksiyalarının və yaraların sağalmasını sürətləndirir.
- Hüceyrələri yeniləyir və sərbəst radikallardan qoruyur.
- Qan dövranını yaxşılaşdırır, xolesterolu azaldır və qaraciyəri dəstəkləyir.
- Lifli quruluşu sayəsində bağırsaqların fəaliyyətini yaxşılaşdırır və qəbizliyi aradan qaldırır.
- İnnab çayı, mukus ifrazını azaldaraq qrip və soyuqdəymənin təsirlərini yüngülləşdirir.
İnnab əks təsirləri nadirdir. Meyvə allergiyası olan şəxslər istisna olmaqla, normal miqdarda istehlak edildikdə ciddi reaksiyalar yaratmır.
Sağlamlıq problemləri olan və ya dərman qəbul edən şəxslər istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir, xüsusilə depressiya, anksiyete, təzyiq və ürək xəstəlikləri üçün dərman qəbul edənlər.
İnnab qan şəkərini təsir edə bildiyi üçün diabet xəstələrinin səviyyələri diqqətlə izlənməlidir.
Saponin tərkibli komponentlər bəzi dərmanlarla, o cümlədən anti-nöbet dərmanları ilə qarşılıqlı təsir göstərə bilər.
Həddən artıq istehlak edildikdə nadir hallarda keyləşmə, ishal, iştahsızlıq, qəbizlik, şişkinlik və halsızlıq müşahidə edilə bilər.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətdə
-
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Tokayev Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyir
-
Trampın kürəkəni məhkəməyə verildi
-
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
-
Diabet xəstələri banan yeyə bilər?
-
Bloqer Aysel Şükürün keçmiş əri həbs edildi - (Foto)
-
Bakıda 8 marşrutun yolu dəyişdirilir
-
"Bu, Ukraynaya nüvə zərbəsinə bərabərdir"
-
BDU tələbələri ilə zərərli xarici təsirlər və informasiya təhdidləri müzakirə olunub - (Foto-Video)
-
Luvr bağlanmaq təhlükəsi ilə üz-üzədir
-
Ərdoğan növbəti prezident seçkisində namizəd olacaq? - Rəsmi açıqlama
-
Bu ölkədə səma narıncıya boyandı - 280 min insan xəstələndi
-
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
-
Bülənt Ərsoyun lüks maşınında lahmacunçu ilə dialoqu diqqət çəkdi - (Video)
-
U -23 millimiz qələbə qazandı
-
Prezident İlham Əliyev və Sadır Japarov AQEM sammiti çərçivəsində qeyri-rəsmi söhbət edib - (Foto)
-
Azərbaycanda gənc əsgər vəfat etdi - (Foto)
-
"Arsenal" "Bavariya"nın müdafiəçisinə "elçi düşdü"
-
AQEM 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib
-
Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib
-
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - (Foto)
-
Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır
-
Nicat Rəhimov: “Hamı saç əkdirdi, məndən başqa” - (Video)





