Hadisə

45 dəqiqədən sonra 6 uşaq anasını həyata qaytaran həkim danışdı - VİDEO

13 Dekabr 2025 23:21
Baxış: 528
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ürəyi dayanan xəstə 45 dəqiqəlik mübarizədən sonra həyata qaytarılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə Şirvanda baş verib. Şirvan Mərkəzi Xəstəxanasına bir neçə gün əvvəl hospitalizasiya olunan 37 yaşlı qadına bir sıra diaqnozlar təyin edildikdən sonra o cərrahi əməliyyata alınıb və əməliyyatı uğurla tamamlanıb. Bundan sonra qadının müalicəsi müvafiq şöbədə davam etdirilib. Lakin əməliyyatdan 1 həftə sonra onun vəziyyəti qəfil pisləşib. Pasiyentə Xəstəxana tərəfindən dərhal tibbi müdaxilə edilib və son anadək mübarizə aparılıb.

Pasiyent Sevinc Əliyeva "Xəzər Xəbər"ə bildirib ki, hazırda özünü yaxşı hiss edir. O, bir neçə gündür anası ilə birlikdə yaşayır.

Sevinc Əliyevanın anası isə bildirib ki, qızının ürəyinin dayanmağından onların xəbəri olmayıb.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.