Dünya

Məşhur milyarderin Fransadakı elit villasına həbs qoyulub

14 Aprel 2022 09:42
0 Şərh     Baxış: 1 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa hakimiyyəti rusiyalı milyarder Roman Abramoviçə məxsus villaya həbs qoyub. Vindzor hersoqu və hersoginyasının vaxtilə istirahət etməyi sevdiyi elit villa Fransanın cənubunda, Antibes şəhərinin dənizkənarı qayalıqlarında yerləşir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Şato de la Kro (Château de la Croë) adlı mülkün dəyəri təxminən 90 milyon funt-sterlinq (9,7 milyard rubl) olaraq qiymətləndirilir. Villa 1926-cı ildə tikilib və 10-dan çox yataq otağı, səkkiz vanna otağı var. Tikili 12 hektar meşə və qazonlarla əhatə olunub. Aralıq dənizi isə bir neçə metr məsafədədir.

2001-ci ildə mülkü satın alan Abramoviç onun bərpasına təxminən 30 milyon funt-sterlinq (3,2 milyard rubl) xərcləyib. Binanın damında 15 metrlik hovuz, zirzəmidə isə nəhəng idman zalı və ev kinoteatrı quraşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.