Dünya

Fransa seçkiləri: Bu partiyalar süqut etdi

12 Aprel 2022 18:24
0 Şərh     Baxış: 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada keçirilən seçkilərin nəticələri ənənəvi fransız partiyalarının - sosialistlərin və respublikaçıların süqutundan xəbər verir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə əlcəzairli ekspert, siyasətçi Fateh Tituş deyib.

Onun fikrincə, Fransada prezident seçkilərinin birinci turunun nəticələrinin təhlili ölkədə 2017-ci ildən başlayan siyasi mənzərənin yenidən formalaşması faktını bəyan etməyə vadar edir.

"Ənənəvi klassik partiyaların, sosialist partiyasının və respublikaçı partiyanın tam süqutu təsdiqləndi", - ekspert bildirib.

Fateh Tituşun sözlərinə görə, hazırkı prezidentlik kampaniyası Marin Le Penə 2017-ci ildən daha çox səs qazandırıb, amma o, hələ də ifrat sağçı namizəddir.

"Onun prezident olmaq şansı minimaldır, xüsusən də Melenşonun tərəfdarlarından onun üçün bir səs də verməməyi tələb etməsində sonra..." - ekspert hesab edir.

Qeyd edək ki, Fransada 10 apreldə keçirilən prezident seçkilərində Makron 27,8%, Le Pen isə 23,15% səslə ikinci tura keçiblər. Məğlub olan namizədlərin əksəriyyəti (4-cü yeri tutan Zemmur istisna olmaqla) 24 apreldə keçiriləcək ikinci turda seçicilərini Makronu dəstəkləməyə və yaxud Le Penin əleyhinə səs verməyə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.