Dünya

Zelenski: “Rusiya qarşıdakı günlərdə genişmiqyaslı hücum başlada bilər”

11 Aprel 2022 14:05
1 Şərh     Baxış: 2 599
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mariupolda on minlərlə insan öldürülüb".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Cənbui Koreya parlamentinə müraciətində deyib.

"Mariupol məhv edilib. Orada on minlərlə insan öldürülüb", - Prezident Zelenski vurğulayıb.

Zelenski əlavə edib ki, nəhəng itkilərə baxmayaraq, Rusiya hücumları dayandırmır.

O, Ukraynanın təyyarələrdən tanklara qədər çox müxtəlif hərbi texnologiyalara ehtiyac duyduğunu vurğulayıb.

Ukrayna Prezidenti əlavə edib ki, Rusiya ruh düşkünlüyünə uğramış əsgərlərinin imkanlarına dair suallara baxmayaraq, Ukraynanın şərqinə qarşıdakı günlərdə genişmiqyaslı hücum başlada bilər.

Zelenski Rusiyanın məğlubiyyətini etiraf etməkdən qorxduğu üçün qarşıdakı həftənin gərgin keçəcəyi barədə xəbərdarlıq edib.

"Rusiya qoşunları ölkəmizin şərqində daha genişmiqyaslı əməliyyatlara keçəcək. Onlar bizə qarşı daha çox raketlər, daha çox aviasiya bombaları istifadə edə bilərlər. Amma biz onların fəaliyyətlərinə hazırlaşırıq. Biz cavab verəcəyik", - Zelenski vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.