Dünya

Zelenski: “Mən onlara minnətdaram”

11 Aprel 2022 08:24
0 Şərh     Baxış: 1 300
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsla söhbətindən sonra Almaniyanın mövqeyinin Ukraynanın xeyrinə dəyişdiyini bildirib.

Milli.Az "report"-a istinadən bildirir ki, bunu Zelenski feysbuk sosial şəbəkəsində yayımladığı videomüraciətində deyib.

"Almaniya kansleri Olaf Şoltsla müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların hamısını necə məsuliyyətə cəlb etmək, Rusiyaya qarşı sanksiyaları necə gücləndirmək və Rusiyanı sülhə nail olmağa necə məcbur etmək barədə danışdım", - prezident deyib.

Onun sözlərinə görə, son vaxtlar Almaniyanın mövqeyi Ukraynanın xeyrinə dəyişir: "Mən bunu tamamilə məntiqli hesab edirəm. Çünki bu kursu alman xalqının əksəriyyəti dəstəkləyir. Mən onlara minnətdaram. Amma mən razılaşdığımız hər şeyin həyata keçiriləcəyini gözləyirəm. Və bu çox vacibdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.