Dünya

Ursula fon der Lyayen və Borrel Buçada olublar

8 Aprel 2022 23:05
0 Şərh     Baxış: 1 074
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada səfərdə olan Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Kiyev vilayətinin Buça şəhərində olublar.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Teleqram-da məlumat verib.

Şmıqal əlavə edib ki, Ukrayna avropalı tərəfdaşları ilə birlikdə Rusiya hərbçilərini tez bir zamanda dayandırmağa çalışır.

"Biz Buçaya baş çəkdik. Mən Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrelə və Slovakiyanın baş naziri Eduard Heqerə Rusiya hərbçilərinin mülki ukraynalılara qarşı törətdiyi vəhşilikləri göstərdim. Biz bütün günahkarların beynəlxalq cinayət məsuliyyətinə cəlb edilməsində Aİ-nin dəstəyinə ümid edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.