Dünya

Pentaqon: ABŞ Ukraynaya kibertəhlükəsizliyi gücləndirməyə kömək edir

6 Aprel 2022 08:52
0 Şərh     Baxış: 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Rusiyanın hərbi müdaxiləsi zamanı Ukraynaya kibertəhlükəsizliyini gücləndirməyə kömək edir.

Milli.Az "report"-a istinadən bildirir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Kiber Komandanlığının rəhbəri general Pol Nakasone deyib.

Onun sözlərinə görə, ABŞ Kiber Komandanlığı indiki Rusiya-Ukrayna böhranına operativ reaksiya verir.

Nakasone əlavə edib ki, ABŞ Kiber Komandanlığının səyləri artıq həm ABŞ-ın, həm də Ukraynanın müdafiə qabiliyyətini artırıb.

General, həmçinin bildirib ki, komandanlıq Ukraynadakı vəziyyət fonunda infrastruktur sektorlarında təhlükəsizliyin gücləndirilməsinin zəruriliyi barədə dərhal ABŞ hökumətinə məlumat verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.