Dünya

Buçada təcavüz olunaraq öldürülən uşaqlar aşkar olunub - FOTO

5 Aprel 2022 10:24
4 Şərh     Baxış: 5 522
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Buça və İrpen şəhərlərində üzərində təcavüz və işgəncə əlamətləri olan qətlə yetirilmiş uşaqlar aşkar olunub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Pravda" öz rəsmi teleqram kanalında paylaşıb.

Məlumata görə, sözügedən uşaqlar 10 yaşa qədər olan azyaşlılardır.

Qətlə yetirilən uşaqların bəzilərinin əlləri bağlı olub.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Buça şəhərini rusiyalı hərbçilərdən azad etdikdən sonra küçələrdə əlləri bağlı insan cəsədləri aşkarlanıb. Rusiya hərbi komandanlığı sözügedən şəhərdə ukraynalıların işgəncə, təcavüzə məruz qalmasını və qətlə yetirilməsini "təxribat" adlandırıb. Rusiya tərəfi həmin cinayətləri neonasistlərin törətdiyini iddia edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.