BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) Ukraynanın Buça şəhərindəki hadisələrlə bağlı iclası aprelin 5-i saat 10:00-a təyin edilib.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə TASS BMT Təhlükəsizlik Şurasının iş proqramına istinadən xəbər yayıb.
Bundan əvvəl Rusiya aprelin 4-ü saat 15:00-da (Moskva vaxtı ilə 22:00) Buçada vəziyyətlə bağlı ayrıca görüşün keçirilməsini istəmişdi. Ukraynanın xahişi ilə görüş aprelin 5-nə təyin edilib.
Milli.Az