Dünya

Roma Papası Ukraynaya səfər edə bilər

4 Aprel 2022 07:22
0 Şərh     Baxış: 754
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Papa Fransisk Ukraynaya getməyə hazır olduğunu təsdiqləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, lakin Papa Fransisk bu səfərin mümkün olub-olmayacağını bilmir.

Təyyarədə jurnalistlərə açıqlama verən pontifik bildirib ki, Kiyevə səfərin mümkünlüyü ilə bağlı suala o, səmimi cavab verib.

"Bir neçə nəfər məndən Ukraynaya səfərimlə bağlı sual soruşdu. Mən səmimi şəkildə buna həmişə hazır olduğumu bildirdim. Səfər üçün bütün zəruri prosedurlar hazırdır. Amma mən bilmirəm ki, bunu etməliyəm ya yox. Ən düzgününün hansı olduğunu bilmirəm",- deyə Roma Papası bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.