Dünya

Araxamiya: "Zelenski və Putinin görüşü üçün demək olar hər şey hazırdır"

3 Aprel 2022 09:54
0 Şərh     Baxış: 1 168
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Ukraynanın İstabulda təklif etdiyi sülh müqaviləsi layihəsini Krım hissəsi istisna olmaqla şifahi şəkildə qəbul edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ukrayna nümayəndə heyətinin başçısı David Araxamiya bildirib.

Araxamiyanın sözlərinə görə, Rusiya tərəfi Zelenski və Putinin görüşü üçün lazım olan sənədlərin ilkin variantı üzərində işi başa çatdırıb. Görüş böyük ehtimalla İstanbulda keçiriləcək. İşçi qrupa yekun sənədi deyil, prezidentlərin ehtimal olunan görüşündə müzakirə ediləcək sualları hazırlamaq tapşırılıb.

Hazırda Kiyev Ukraynanın təhlükəsizliyinə zəmanət verəcək ölkələrlə fəal iş aparır. 3 NATO ölkəsi - Türkiyə, Almaniya və İtaliya buna razılıq verib. Rəsmi Kiyev nüvə dövlətlərindən birinin də zamin olmasını istəyir. Bu məqsədlə Çinlə danışıqlar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.