Dünya

Orban Sorosu tənqid edib

1 Aprel 2022 21:10
1 Şərh     Baxış: 1 085
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu bazar günü Macarıstanda uşaqların müdafiəsi məsələsi üzrə referendum keçiriləcək. Referendumdan məqsəd uşaqların məktəblərdə gender təhsili məsələsinə və hökumət tərəfindən müəyyən qoruyucu mexanizmlərin tətbiqinə ölkə əhalisinin münasibətinin araşdırılmasıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Macarıstanın Baş naziri Viktor Orban bu gün ölkənin MTI agentliyinə müsahibəsində macarları düzgün seçim etməyə və Corc Sorosun sponsorluq etdiyi qüvvələrin təbliğatına uymamağa çağırıb. O qeyd edib ki, Qərbi Avropada "insan hüquqları üzrə qruplar" arasında güclü təbliğat fəaliyyəti aparan sorosçu təşkilatlar da mövcuddur.

Baş nazir referenduma gələn macarların ənənəvi ailə dəyərlərini qiymətləndirəcəyinə və hökumətin uşaqları müəyyən gender qüvvələrinin təsirindən müdafiə etməyə çağıran qoruyucu tədbirlərini dəstəkləyəcəklərinə ümidvar olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.