Dünya

Bu ölkədə COVID-19-la bağlı qaydalar yumşaldılıb

1 Aprel 2022 21:45
1 Şərh     Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 1-dən İtaliyada COVID-19-la bağlı bəzi məhdudiyyətlər ləğv olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu gündən etibarən ictimai nəqliyyat vasitələrində COVID sertifikatı tələb olunmayacaq. Həmçinin mehmanxanalara, yaşayış obyektlərinə, əyləncə parklarına, muzeylərə, sərgi salonlarına, kitabxanalara, kinoteatrlara, teatrlara, konsert salonlarına və digər mədəniyyət obyektlərinə daxil olmaq üçün COVID sertifikatına ehtiyac qalmayacaq. Bununla belə, maska taxmaq öhdəliyi bütün qapalı məkanlarda aprelin 30-dək qüvvədə qalır.

Qatarlarda, təyyarələrdə, stadionlarda və açıq hava konsertlərində isə COVID sertifikatı tələb olunacaq. Stadionlar tam tamaşaçı tutumu ilə fəaliyyət göstərəcək.

Aprelin 30-dək qapalı idman salonlarına, hovuzlara, spa mərkəzləri və diskotekalara daxil olmaq üçün COVID sertifikatı tələb olunacaq. Peyvənd kampaniyası dekabrın 31-dək davam edəcək.

Mayın 1-dən isə bütün sahələrdə COVID sertifikatı tələbi ləğv olunacaq. İyunun 15-dən təhsil işçiləri, hərbi qulluqçular, polis və digər qurumların əməkdaşlarının peyvəndlə bağlı öhdəlikləri qüvvədən düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.