Dünya

“Rusiya Kiyev ətrafına qoşun toplayır” - Ukrayna Baş Qərargahı

28 Mart 2022 23:34
0 Şərh     Baxış: 1 126
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusların mövqe tutmaq üçün uğursuz cəhdləri davam edir və ordumuz onlara mərdliklə müqavimət göstərir".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Feysbuk səhifəsində verilən məlumatda deyilir.

Bildirilib ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi və Baş Qərargah rəsmilərinin planlarda və prioritet vəzifələrdə dəyişikliklərlə bağlı bəyanatlarına baxmayaraq, düşmən Kiyev ətrafında qoşun qruplaşmasını artırmaqda davam edir.

Xüsusilə, rus qoşunları paytaxta hücum edə və ya mühasirəyə ala biləcəkləri mövqeləri tutmaq üçün uğursuz cəhdlərini davam etdirirlər.

Həmçinin, qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Mariupolun müdafiəsini davam etdirir. Şəhərin müdafiəçiləri öz hərəkətləri ilə düşmənin digər istiqamətlərdə hücumunun inkişafının qarşısını alırlar. Düşmən ağır itkilər verməkdə davam edir.

Əlavə edilib ki, müvəqqəti olaraq ələ keçirilən Xerson rus hərbçilərinə əhəmiyyətli müqavimət göstərir.

Baş Qərargahın açıqlamasında vurğulanıb ki, raket istehsalı ilə məşğul olan Rusiya müdafiə sənayesi müəssisələri bundan sonra gecə-gündüz işləyəcək. Bu onu göstərir ki, düşmən belə silahların sayını xeyli azaldıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.