Dünya

Putin Ukraynada Koreya ssenarisi tətbiq edəcək - Budanov

28 Mart 2022 06:36
0 Şərh     Baxış: 1 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Ukraynaya Koreya ssenarisini tətbiq etməyə və bütün ələ keçirdiyi əraziləri vahid kvazi-dövlət qurumunda birləşdirməyə çalışacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi, briqada generalı Kirill Budanov deyib.

"Kiyev yaxınlığındakı uğursuzluqlardan və Ukraynanın mərkəzi hökumətini devirmək mümkün olmayandan sonra Putin artıq əsas əməliyyat istiqamətlərini cənub və şərqə doğru dəyişir. Onun Ukrayna üçün Koreya ssenarisini nəzərdən keçirdiyini düşünməyə əsas var. Yəni ölkəmizin ələ keçirilən rayonları arasında xətt tətbiq etməyə çalışacaq. Əslində bu, Ukraynada Şimali və Cənubi Koreya yaratmaq cəhdidir", - Budanov bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.