Dünya

Rusiya MN: Lvovda yanacaq bazası və radio təmiri zavoduna zərbə endirilib

27 Mart 2022 13:52
0 Şərh     Baxış: 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya hava hücumundan müdafiə sistemləri ötən gecə ərzində Ukraynanın 18 pilotsuz uçuş aparatını məhv edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri yüksək dəqiqliyə malik uzaq mənzilli havadan atılan silahlarla Lvov vilayətində böyük yanacaq bazasını da məhv edib.

"RF Silahlı Qüvvələri Tor və S-125 hava hücumundan müdafiə sistemlərinin təmiri və modernləşdirilməsinin aparıldığı Lvov radio təmiri zavodunun sexlərini qanadlı raketlərlə məhv edib. Həmçinin, Rusiya Silahlı Qüvvələri Kiyev yaxınlığındakı Plesetskoye qəsəbəsində S-300 və "Buk" hava hücumundan müdafiə sistemləri üçün raket anbarını yüksək dəqiqlikli silahlarla məhv edib",-Rusiya MN sözçüsü vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.