Dünya

Zelenski çağırış etdi, London küçələrə axışdı - VİDEO

27 Mart 2022 09:18
0 Şərh     Baxış: 2 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenskinin dünyanın dörd bir tərəfindəki xalqları "sülhü və azadlığı dəstəkləmək üçün küçələrə çıxmağa" çağırmasından sonra İngiltərənin paytaxtı Londonda minlərlə insan Ukraynaya dəstək üçün küçələrə axışıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, aksiyanı London bələdiyyəsi təşkil edib.

Müharibəyə qarşı çıxan insanlar əllərində Ukrayna bayraqları ilə Trafalqar meydanına çıxaraq, müharibənin dərhal dayandırılmasını tələb ediblər.

İngiltərədəki bir çox vətəndaş cəmiyyəti təşkilatları nümayəndələri ilə yanaşı, London bələdiyyəsinin sədri Sadiq Xan da Ukrayna xalqı ilə həmrəyliyini göstərmək üçün aksiyada iştirak edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.