Dünya

“Biz sənin yemək yediyin, yatdığın yerdəyik” - Hakerlərin Putinə müraciəti

26 Mart 2022 11:22
0 Şərh     Baxış: 2 566
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Anonymous" haker qrupu Rusiya Mərkəzi Bankının saytına hücum edib.

"Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qrupun Tvitter səhifəsində məlumat verilib. Anonim hakerlər Rusiya Mərkəzi Bankının 28 GB-lıq - bütün əməliyyatların məlumatını dərc ediblər. 

"Biz bu sənədləri internetin müxtəlif nöqtələrinə göndərmişik. Əgər sənədlər senzuradan keçərsə, biz onları başqa linklər vasitəsilə paylaşacağıq", - mesajda deyilir.

"Anonymous" həmçinin Rusiya Mərkəzi Bankının məlumat bazasını sızdırıb və Putinə videomüraciət edib:

"İndi biz Rusiya Federasiyası Mərkəzi Bankının minlərlə sənədlərini, hər cür əməliyyatları, fərmanlarını, hesabatlarını dərc edirik. İnsanlar Rusiya iqtisadiyyatının əslində nə olduğunu öyrənəcəklər. Bəyannamələr, yazışmalar, başqa ölkələrlə imzalanmış ticarət müqavilələri, oliqarxlarınızın sirləri. İstifadə etdiyin məxfi videoların və tətbiqlərin... Biz sənin sarayındayıq, biz sən harda yemək yeyirsənsə, oradayıq. Biz sənin süfrənin arxasındayıq. Biz sənin yatdığın yerdəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.