Dünya

Müharibə dörd milyondan çox ukraynalı uşağın təxliyəsinə səbəb oldu - UNICEF

25 Mart 2022 10:06
0 Şərh     Baxış: 931
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynadakı müharibə artıq ölkənin uşaq əhalisinin yarıdan çoxunu təşkil edən 4,3 milyon uşağın təxliyəsi və məcburi köçkünə çevrilməsi ilə nəticələnib.

Milli.Az bildirir ki, "Amerikanın səsi"nin məlumatına görə, bu barədə UNİCEF (Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu) məlumat yayıb.

Təşkilatın məlumatına görə, 1,8 milyondan çox uşaq qaçqın olub, qonşu ölkələrə köçüb, daha 2,5 milyon uşaq isə Ukrayna daxilində didərgin düşüb.

"Müharibə İkinci Dünya Müharibəsindən sonra uşaqların ən sürətli genişmiqyaslı hərəkətlərindən biri ilə nəticələndi. Bu, gələcək nəsillər üçün uzunmüddətli təsirləri ola biləcək dəhşətli bir mərhələdir. Davamlı şiddət səbəbiylə uşaqların təhlükəsizliyi, rifahı risk altındadır", - UNICEF-in İcraçı Direktoru Ketrin Rassel dedi.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsinin məlumatına görə, Ukraynada müharibə başlayandan bəri 78 uşaq ölüb, daha 105 uşaq yaralanıb. Bu rəqəmlərə yalnız təsdiqlənmiş hesabatlar daxildir. Faktiki itkilərin daha çox olacağı ehtimal edilir.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.