Dünya

Terror aktı: deputat və daha 14 nəfər həlak oldu

25 Mart 2022 09:18
0 Şərh     Baxış: 842
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Somalinin Beledveyne şəhərində "Aş-Şabab" təşkilatı yaraqlılarının törətdiyi terror aktı zamanı 15 nəfər həlak olub.

Milli.Az "Report"a istinadən bildirir ki, ölənlər arasında ölkənin qadın deputatı Aminə Məhəmməd Abdi də var.

Hücum seçkilər ərəfəsində baş verib. Deputat seçki kampaniyası ilə məşğul olurmuş.

Prezident Məhəmməd Abdulla Fermaju və Baş nazir Məhəmməd Hüseyn Roble hücumları pisləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.