Dünya

Vyetnam Hava Yolları Rusiyaya uçuşları dayandırıb

24 Mart 2022 08:34
0 Şərh     Baxış: 942
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Vietnam Airlines" Hanoy-Moskva marşrutu üzrə uçuşların dayandırılması barədə məlumat yayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, uçuşların dayandırılması aviaşirkətin hava gəmilərinin sığortası ilə əlaqədardır.

Qeyd olunur ki, uçuşlar martın 25-dən növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandıracaq.

Bundan əvvəl martın 15-də Cənubi Koreyanın milli aviaşirkəti "Korean Air" aprelin sonuna qədər Moskva və Vladivostoka bütün uçuşları dayandırıb.

Qeyd edək ki, hazırda çox az sayda xarici aviaşirkət hələ də Rusiyaya uçuşlar həyata keçirir.

"Serbian Air" Avropa ilə Rusiya üçün mövcud olan yeganə hava əlaqəsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.