Dünya

NATO Rusiyanın itkilərini açıqlayıb

23 Mart 2022 22:20
0 Şərh     Baxış: 1 513
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NATO-nun hesablamalarına görə, Ukraynada dörd həftə davam edən müharibədə 7-15 min arası rus əsgəri həlak olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu "Associated Press"ə NATO-nun adı açıqlanmayan yüksək rütbəli zabiti bildirib.

Mənbə qeyd edib ki, Alyansın təxminləri Ukrayna və Rusiya tərəflərinin yaydığı xəbərlərə və açıq mənbələrdən toplanan kəşfiyyat məlumatlarına əsaslanır.

O, ümumilikdə Rusiyanın Ukraynada 30 000-40 000 arası ölü və yaralısı olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.