Dünya

NATO 4 ölkədə əlavə döyüş qrupları yerləşdirməyi müzakirə edir

23 Mart 2022 21:25
0 Şərh     Baxış: 889
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NATO 4 ölkədə əlavə 4 döyüş qrupunun yerləşdirilməsini təsdiqləyəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı səfiri Culi Smit bildirib. O, həmin qrupların "yalnız milli qüvvələr" olmadığını, əlavə detalların sabah açıqlanacağını qeyd edib.

Atlantik Şurasında çıxış edən Smit vurğulayıb ki, Şərq cəbhəsində NATO qüvvələrinin orta və uzun müddətli mövcudluğu ilə bağlı müzakirələr aparılır: "Daimi mövcudluq da daxil olmaqla, bütün versiyalar masa üzərindədir"- deyə səfir vurğulayıb.

C. Smit Polşanın Ukraynaya NATO sülhməramlılarının göndərilməsi təklifinə də münasibət bildirib. Diplomat deyib ki, bu, qeyri-mümkün olmasa da, açıq suallar çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory