Dünya

Blinken Novruz bayramı münasibəti ilə təbrik ünvanlayıb

20 Mart 2022 22:40
0 Şərh     Baxış: 1 023
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ dövlət katibi Entoni Blinken Dünyanın müxtəlif nöqtələrində Novruz bayramını qeyd edənləri təbrik edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Dövlət Departamentin saytında məlumat yayılıb.

"Dünyanın müxtəlif nöqtələrində Novruz bayramını qeyd edənləri Dövlət Departamentinin adından təbrik edirəm. Amerika Birləşmiş Ştatlarında, İranda, Yaxın Şərqdə, Mərkəzi və Cənubi Asiyada, Avropada və ya dünyanın başqa yerlərində, ümid edirik ki, bu yeni gün sağlamlıq, xoşbəxtlik gətirər, dostlar və yaxınlarınızla münasibətlərinizi yeniləmək üçün vəsilə olar.

Ailə və dostlarla bir araya gəlmək, Haft-Sin'i bəzəmək və Haft Mewa kimi yeməklər hazırlamaq və yeməkləri bölüşmək bu bayramı xüsusi edən beynəlxalq ənənələrinin yalnız bir hissəsidir. Qlobal pandemiya bu adətləri qeyd etməyi çətinləşdirsə də, ümid edirik ki, bu il qlobal sağlamlıq qayıdacaq.

Bahar fəslinin verdiyi ruzi ilə hamımız yenilənək, cavanlaşaq. Novruz bayramı Piruz! Novruz Mübarək!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.