Dünya

ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvi şərtlərini açıqlayıb

18 Mart 2022 21:00
0 Şərh     Baxış: 1 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"ABŞ hakimiyyəti ümid edir ki, Moskva Ukraynada xüsusi əməliyyatı dayandırsa Rusiya Federasiyasına qarşı bir çox sanksiyalar aradan qaldırılacaq".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi brifinq zamanı deyib.

Xarici siyasət rəsmisi bildirib ki, məhdudiyyətlər daimi nəzərdə tutulmayıb.

"Sanksiyalar bir vasitədir. Əgər biz Rusiyanın təcavüzünün qarşısını almaq, Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü bərpa etmək baxımından nəticələri görsək sanksiyalar ləğv ediləcək",- deyə Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.