Dünya

İki şəhərdə onlarla ev dağıdıldı, ölənlər və yaralılar var

18 Mart 2022 11:24
0 Şərh     Baxış: 1 928
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Severodonetsk və Rubejnoye yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 2 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Milli.Az bildirir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday Facebook səhifəsində məlumat verib.

Onun sözlərinə görə, rus əsgərləri bir gecədə Severodonetsk və Rubejnoyedə 20-dən çox yaşayış binasını və infrastruktur obyektini dağıdıblar.

Qayday qeyd edib ki, axşam saatlarında düşmən Severodonetskin köhnə rayonlarını "Qrad"larla atəşə tutub, nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Bundan əlavə, altı infrastruktur obyekti, iki ev və qaraj zədələnib və ya dağılıb.

Rubejnoyedə gecə saatlarında atəş nəticəsində iki yaralanan var, on ev və bir mağaza yanıb.

Səhər saat 5-də ruslar yenidən Severodonetsk, Kremennaya və Privolyaya atəş açıblar. Qurbanların və dağıntıların sayı dəqiqləşdirilir.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.