Dünya

Ukrayna Rusiyanın itkilərini açıqladı - FOTO

17 Mart 2022 14:13
0 Şərh     Baxış: 1 222
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ukraynaya hücum etdiyi vaxtdan bəri düşmənin ümumi döyüş itkiləri təxminən 14 min nəfər təşkil edib.

Milli.Az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Facebook" səhifəsində məlumat verilib.

"00.02-dən 17.03-dək düşmənin ümumi döyüş itkiləri təqribən 14.000 nəfər olub", - məlumatda deyilir.

Bundan başqa, hücum edən tərəfin 444 ədəd tankı, 1435 ədəd zirehli döyüş maşını, 201 ədəd artilleriya sistemi, 43 ədəd havadan müdafiə sistemi, 86 ədəd hərbi təyyarəsi, 108 ədəd helikopteri, 864 ədəd avtomobil texnikası, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 11 ədəd dronu, 10 xüsusi avadanlığı məhv edilib.

"Məlumatlar dəqiqləşdirilir. Dəqiq hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşib", - məlumatda vurğulanıb.

Aslan Məmmədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.