Dünya

Fransada prezidentliyə namizədin başında yumurta sındırdılar

13 Mart 2022 10:54
0 Şərh     Baxış: 1 189
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransa prezidentliyinə ifrat sağçı namizəd Erik Zemmura Fransanın Oksitaniya bölgəsindəki Muassak şəhərinə səfəri zamanı yumurta atılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, siyasətçi maşından düşən zaman naməlum şəxs onun başına yumurta vurub. Cangüdənlər dərhal hücum edən şəxsi saxlayıb.

Məlumata görə, Zemmura yumurta atan şəxs əlil uşaq atasıdır.

Güman edilir ki, o, prezidentliyə namizədin Fransada əlilliyi olan uşaqların inklüzivliyi ilə bağlı qıcıqlandırıcı açıqlamalarından qəzəblənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.