Dünya

Ukraynadan rus əsgərlərinə çağırış: "Təyyarə gətir 1 milyon dollar qazan" - VİDEO - FOTO

12 Mart 2022 16:48
1 Şərh     Baxış: 1 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ukraynaya işğalçı hücumunun davam etdiyi bir vaxtda, Ukraynanın müdafiə sənayesi firmaları qeyri-adi addım atıblar. 

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, "UKROBORONPROM" adlı şirkət hərbi helikopterlərdən ibarət video hazırlayaraq ictimaiyyətə təqdim edib. 

Çarxda hazırda Rusiya-Ukrayna müharibəsində iştirak edən rus əsgərlərinə çağırış edilib. 

Bildirib ki, hərbi təyyarələri işlək vəziyyətdə Ukraynaya təhvil verən rusiyalı pilota 1 milyon dollar (1 milyon 700 min AZN), hərbi helikopterləri təhvil verənlərə isə 500 min dollar (850 min AZN) məbləğində mükafat təqdim ediləcək.

Təqdim edilən video ictimaiyyət arasında ajiotaja səbəb olub. İndi hər kəs rus əsgərlərinin bu təklifi necə dəyərləndirəcəyini maraqla gözləyir. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.