Dünya

Rusiya yenə xəstəxana bombaladı - FOTO

11 Mart 2022 14:28
1 Şərh     Baxış: 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya hərbçiləri Xarkov vilayətindəki Oskol psixonevroloji internat məktəbini atəşə tutub. Atəş zamanı orada 330 nəfər olub, onların bəziləri azhərəkətli yaşam tərzini sürür.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Xarkov Regional Dövlət Administrasiyasının sədri Oleq Sinequbov məlumat verib.

"Biz 73 nəfəri qonşu internat məktəbinə təxliyə edə bildik, düşmən atəş açanda internatda 330 nəfər var idi! Onlardan 50 nəfəri fəaliyyətsiz, 10 nəfəri əlil arabasında idi", - Sinequbov bildirib.

Hazırda yaralananların və ölənlərin sayı dəqiqləşdirilir.

Sinequbov qeyd edib ki, düşmən bütün hücum hərəkətləri uğursuz olduğu üçün mülki infrastrukturu gülləbaran edir.

Aslan Məmmədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.