İlon Mask və Qraymsın qızı dünyaya gəlib.
Onu surroqat ana daşıyıb.
Köprəyə "Exa Dark Sideræl" adı verilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Qraymsın dediyinə görə, onu sadəcə olaraq Y (iqrek) cağıracaqlar.
Qeyd edək ki, 50 yaşlı Mask üçün bu, yeddinci uşaq olsa da, 33 yaşlı Qrayms ikinci dəfə ana olub. Onların "X Æ A-XII" adlı ilk oğullarının demək olar ki, iki yaşı var və cütlük onu "Baby X" adlandırır.
Ötən ilin sentyabrında milyarder və pop müğənnisi ayrıldıqlarını açıqlayıblar. Bundan əvvəl onlar üç il birlikdə yaşayıblar.
Milli.Az