Dünya

Rus hərbçilər əcnəbi jurnalisti yaralayıb

7 Mart 2022 19:34
0 Şərh     Baxış: 794
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya hərbçiləri Nikolayev vilayətində hərbi əməliyyatları işıqlandıran İsveçrə vətəndaşlığı olan jurnalistin avtomobilini atəşə tutublar.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova bildirib.

"İsveçrə vətəndaşı, müstəqil jurnalist Guillaume Briquet Nikolaev vilayəti ərazisində hərbi əməliyyatları işıqlandırıb. Martın 6-da Nikolayev istiqamətində hərəkətdə olarkən onun "press" yazılmış zirehli maşını rus hərbçiləri tərəfindən atəşə tutulub. Jurnalist xəsarət alıb", - Denisova bildirib.

O, əlavə edib ki, rusiyalı əsgərlər maşını saxladıqdan sonra jurnalistin sənədlərini, pullarını, foto və video avadanlıqlarını, noutbukunu və digər qiymətli əşyalarını alıblar. Yaralı jurnalist Ukrayna polisinin nəzarət-buraxılış məntəqəsinə gedə bilib, oradan da tibb müəssisəsinə aparılıb və müalicə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.